Siyasət

BMT nümayəndələrini gətirən təyyarə Füzuli hava limanına enib

16 mart / 09:15 1 dəq
641298092a4a1641298092a4a21678940168641298092a49e641298092a4a0
16 mart / 09:15
Burada sizin reklamınız ola bilər

Birləşmiş Millətlər Təşkilatınının və Azərbaycan hökümətinin nümayəndələri​ işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

“Qərb Xəbər” APA-a istinadən xəbər verir ki, səfərdə ümumilikdə 30-a yaxın nümayəndə iştirak edir. Bakı-Ağdam marşutu üzrə hərəkət edən qonaqlar əvvəlcə​ Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Füzuli ilə tanışlıqdan sonra qonaqlar Ağdam rayonunda keçiriləcək konfransa yola düşəcək.​ Füzuli səfəri zamanı​ qonaqlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə, azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilməsi, tikinti-quruculuq işləri aparılması, həmçinin Füzuli şəhərində​ erməni vəhşiliyi barədə qonaqlar məlumatlandırılıcaq.

Paylaş
Burada sizin reklamınız ola bilər