Tovuzda piyadanı avtomobil vuraraq öldürüb
Tovuz şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər” bildirir ki, hadisə Tovuz şəhərində, Mərkəzi Rayon Xəstəxanasının yaxınlığında qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən, Tovuz rayon sakini, 1969-cu il təvəllüdlü Camal Məmmədovu avtomobil vurub.
O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı