Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Satanovski: “Türkiyə müxalifətinin prezident seçkilərində şansı sıfırdır”

11 mart / 14:34 3 dəq
Akshener kilicdaroglu
11 mart / 14:34
Burada sizin reklamınız ola bilər

Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədinin şansı sıfırdır.

“Qərb Xəbər” “Axar.az”a istinadən  xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Rusiya Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanovski deyib.

Satanovski bildirib ki, müxalifətin vahid namizədlə bağlı bundan axmaq razılığı ola bilməzdi:

“Razılaşmaya görə, CHP lideri Kamal Kılıcdaroğlunun 5 vitse-prezidenti olacaq – müxalifətdə təmsil olunan partiyalardan hər biri bir vitse-prezident təklif edəcək. Bu artıq axmaq konstruksiyadır. Niyə axıra qədər gözləməli oldunuz? Belə çıxır ki, müxalifətdə xırda alverçilər var, belə adamlara isə adətən səs vermirlər”.

Satanovski İYİ Partiyasının lideri Maral Akşənərin “Altılı masa”dan ayrılması, başqa namizəd irəli sürmə istəyi, daha sonra onların (İstanbul və Ankara bələdiyyə başçılarının) vitse-prezident olmasına razılaşaraq, geri qayıtmasından bəhs edib:

“Əvvəlcə bu adam (Maral Akşənər – red.) hamını təhqir etdi, sonra da geri qayıtdı. Daha sonra qərar verdilər ki, Kılıcdaroğlu prezident olarsa, İstanbul və Ankaranın merləri vitse-prezident təyin ediləcək.

Təsəvvür edin, ölkəyə 5 və ya 7 vitse-prezidenti olan şəxs rəhbərlik edir. Belə konstruksiya necədir? Vitse-prezident o şəxsdir ki, məsələn, prezident xəstələnərsə, onu əvəz edə bilər. Bütün bunlar seçicilərə göstərir ki, bu kiçik, boş və mənasız alverçilərə səs vermək olmaz.

Faktiki olaraq onlar Ərdoğana nəinki prezident, həm də parlament seçkilərində qələbəni hədiyyə etdilər. Müxalifət Ərdoğanla bacarmır, onlar axmaq, acgöz, mənasızdır”.

Ekspertin sözlərinə görə, müxalifət bütün şansını məhv edib:

“Bu gün Türkiyədə yalnız yüksək cərgədə yalnız siyasətçi var – kənd başçıları ilə danışan, zəlzələdən zərər çəkmiş hər qəsəbəyə baş çəkən, vicdansız podratçıları mühakimə edən Ərdoğan. O, aktivlik nümayiş etdirir”.

Qeyd edək ki, “Altılı masa” 6 martda Kamal Kılıcdaroğlunun prezidentliyə namizədliyini irəli sürüb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı