Bölgə xəbərləri

Bu gün Gürcüstanda etirazlara səbəb olan qanun layihəsi müzakirəyə çıxarılacaq

10 mart / 09:15 1 dəq
6d9b9876721d79a83e4740e6fe834f2a
10 mart / 09:15
Burada sizin reklamınız ola bilər

Bu gün, martın 10-da parlamentin büro iclası, daha sonra isə plenar iclası baş tutacaq.

“Qərb Xəbər “24News.ge”yə  istinadən xəbər verir ki, 11:45-də büronun iclası, 12:00-da isə plenar iclas keçiriləcək.

Məlumata əsasən, parlament “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda səsverməyə çıxaracaq.

Qeyd edək ki, hakimiyyət kütləvi etirazlar fonunda sözügedən qanun layihəsindən imtina edib və sabah ikinci oxunuş zamanı qanun layihəsinin əleyhinə səs verəcəyini bildirib.

Məlumat üçün onu da bildirək ki, bu gün Rustaveli prospektində keçirilən aksiyanın təşkilatçıları vətəndaşları sabah saat 11:00-da Parlament binası önünə toplaşmağa çağırıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər