Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

İran Hacı Şahinin ölümündən istifadə edəcək – Asif Nərimanlı

3 mart / 15:21 2 dəq
Haci s
3 mart / 15:21
Burada sizin reklamınız ola bilər

“Hacı Şahin Həsənli “təqlid” prinsipinə əməl etsə də, İran mollaları onu sevmirdi, xüsusilə son illər onun haqqında “saray mollası” təbliğatı aparılırdı. Səbəbsiz deyil”.

“Qərb Xəbər” bildirir ki, bu sözləri Asif Nərimanlı öz Facebook səhifəsində qeyd edib.

Siyasi analitik bildirib ki, vaxtilə İran rejiminin Bakıda təsir ocağı kimi tanınan Məşədi Dadaş məscidinin yenidən dinə qaytarılmasında Hacı Şahin rol oynamışdı.

asif

“İnanclı kəsim üzərindəki nüfuzu molla rejiminin bu kütləyə təsirinə mane olurdu. Bəlli idi ki, Şeyxdən sonra QMİ-nin sədri, əslində isə daha nüfuzlu dini lider olaraq önə çıxacaqdı.

Nardaran hadisələrindən sonra dövlət İranın Azərbaycandakı dini təsirinə qarşı mübarizəni aktiv mərhələyə keçirdi. Bu prosesdə “təsir agentləri”nin neytrallaşdırılması ilə yanaşı, milli dini liderin hazırlanması da əhəmiyyətli idi, çünki ölkə əhalisinin yarısından çoxunun inancı olan şiəliyi dəyişmək yox, bunu “Xomeyniçilikdən” ayırmaq, Əhli-beyt eşqinin Azərbaycan insanı üzərində İranın siyasətinə alət olmasının qarşısını almaq lazımdır. Hacı Şahin Həsənli təkcə millət yox, dövlət tərəfindən də bu obrazda qəbul olunurdu”.

İranın Hacı Şahinin ölümündən istifadə edəcəyini vurğulayan Asif Nərimanlı əlavə edib ki, molla rejimi onun nüfuz etdiyi inanclı kəsimi yenidən ələ keçirmək istiqamətində aktivləşəcək. Bu baxımdan, Hacı Şahinin nüfuz etdiyi kəsimə bundan sonra kimin xitab edəcəyi əhəmiyyətlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı