Hadisə

Yunanıstanda qatar qəzası zamanı 29 nəfər ölüb, 85-i yaralanıb

1 mart / 08:39 1 dəq
63feb3becbd7563feb3becbd76167763654263feb3becbd7363feb3becbd74
1 mart / 08:39
Burada sizin reklamınız ola bilər

Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis canlı efirdə bildirib.

O bildirib ki yaralı sayı 85 nəfərdir.

Daha əvvəl bildirilib ki, hadisə yerində 150 ​​yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını işləyir.

Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək Salonikiyə göndərilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Qatar Afina – Saloniki marşrutu ilə hərəkət edirdi.

Paylaş
Burada sizin reklamınız ola bilər