Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

İsveçdə “Quran”ın yandırılması rəsmən qadağan olundu

22 fevral / 17:51 3 dəq
2023 02 22 17 40 092JORV7coIPoUDYB4ulk9 file
22 fevral / 17:51
Burada sizin reklamınız ola bilər
İsveçdə “Quran”ın yandırılmasından sonra yaranan siyasi gərginlik hüquq-mühafizə orqanlarını yeni qərar qəbul etmək məcburiyyətində qoyub. Belə ki, İsveç polisi təhlükəsizlik məqsədilə “Quran”ın yandırılmasını qadağan edib. Lakin bu qadağa digər dini kitablara aid deyil.
“QƏrb Xəbər” bildirir ki, Sputnik İnternational”a istinadən xəbər verir ki, İsveç polisi bundan sonra “Quran”ın yandırılması üçün planlaşdırılan ictimai toplantılar üçün müraciətləri rədd edəcək.
Polisdən bildirilib ki, bu, söz azadlığının məhdudlaşdırılması demək olsa da, terror təhlükəsinin artdığını nəzərə alaraq, belə qərar verilib. Sözügedən qadağa yalnı “Quran”la bağlı olsa da, son vaxtlar digər müqəddəs kitabların yandırılması ilə bağlı müraciətlər də daxil olur. Belə ki, İsveç polisinin bildirdiyinə görə, misirli bir kişi bu yaxınlarda İsrail səfirliyi qarşısında yəhudilərin “Tövrat” və Stokholmun mərkəzindəki meydanların birində isə “İncil”i yandırmaq üçün müraciət edib. Lakin səlahiyyətli orqanlar müraciətə baxmağa vaxt tapmamış həmin şəxs könüllü olaraq ərizəsini geri götürüb.
Qeyd edək ki, “Quran”ın yandırılmasına qoyulan qadağa müsəlman dünyasındakı kütləvi etirazlardan sonra baş verdi. Müsəlmanların müqəddəs kitabının yandırılmasına etiraz əlaməti olaraq bir neçə yerdə İsveç bayraqları yandırıldı. Bundan əlavə, son həftələrdə ölkədə universitetlər, xəstəxanalar, regional administrasiya ofisləri və milli yayım təşkilatlarını hədəfə alan çoxsayı haker hücumları qeydə alındı. Hətta Sudandan olan haker qrupu Stokholmda “Quran” yandırılmasına etiraz olaraq İsveç hakimiyyətinə qarşı kiberhücumlara çağırış etdi. Həmin qrup eyni zamanda ölkədə baş verən bir çox kiberhücumlara görə məsuliyyəti öz üzərinə götürdü.
Əslində İsveç üçün kiberhücumlar və məxfi xidmətlərin terror xəbərdarlığından daha əhəmiyyət kəsb edən məsələ ölkənin NATO-ya üzv olmasının təhlükə altına düşməsidir. Çünki NATO-da İsveçin üzvlüyünə qarşı çıxan yeganə ölkə – Türkiyə “Quran”ın yandırılmasına icazə verdiyi müddətcə rəsmi Stokholma bu qərarından vaz keçməyəcəyi barədə xəbərdarlıq etmişdi.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı