Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Səfərbərlik təminat bazasında təlim keçirilib

18 fevral / 11:05 2 dəq
F6697f0c ebef 30d4 9591 959c23a030a0
18 fevral / 11:05
Burada sizin reklamınız ola bilər

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin əsas məqsədi Azərbaycan Prezidenti tərəfindən ümumi və ya qismən səfərbərlik elan olunduqda çağırılacaq hərbi vəzifəlilərin toplanış məntəqəsində qəbulu, qeydiyyata alınması, hərbi ixtisaslara uyğun olaraq komplektləşdirilməsi və digər fəaliyyətlərin icrası zamanı səfərbərlik təminat bazasının şəxsi heyətinin idarəetmə qabiliyyətini, çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların qarşılıqlı fəaliyyətini daha da təkmilləşdirməkdir.

Təlimin planına uyğun olaraq məntəqələrdə ehtiyatdan çağırılanların qəbulu, yoxlanması və xidmət yerlərinə təyin olunması fəaliyyətləri imitasiya edilib, qarşıda duran bütün vəzifələrin icrası xəritə üzərində dəqiqləşdirilərək komandirlərin məruzələri hazırlanıb.

Səfərbərlik təminat bazasına gələn müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və digər rəhbər heyət təlimin gedişini izləyiblər.

Toplanış məntəqəsinin qərargahında keçirilən brifinqdə iştirak edən general-leytenant Ə. Əfəndiyev hərbi vəzifəlilərin müvafiq qeydiyyatının aparılması, həkim müayinəsindən keçirilməsi, zəruri təminat növləri ilə təmin olunması, eləcə də digər tapşırıqların operativ icrası ilə bağlı qəbul edilən qərarlara dair məruzələri dinləyib.

Daha sonra bazada yeməkxana və yataqxanaların vəziyyəti, həmçinin tibb xidmətinin təşkili ilə maraqlanan nazir müavini aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı