Bölgə xəbərləri

Rusiya Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etməyə hazırdır

17 fevral / 14:55 1 dəq
63ef580a9b03563ef580a9b036167663002663ef580a9b03163ef580a9b033
17 fevral / 14:55
Burada sizin reklamınız ola bilər

Rusiya sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycana yardım etməyə davam edir.

“Qərb Xəbər” “APA”ya istinadən məlumat verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova bu günlərdə Rusiya XİN başçısının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvan və Bakıya səfərlərini və oradakı təmaslarını xatırladıb.

Onun sözlərinə görə, həm erməni, həm də Azərbaycan tərəfi Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını bildiriblər: “Sülh müqaviləsinin həssaslığını nəzərə alaraq, mən məsləhətləşmələrin detallarına varmayacağam. Bir daha Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə hazır olduğumuzu təsdiq edə bilərəm”.

Paylaş
Burada sizin reklamınız ola bilər