Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Məlumata görə Ermənistan hazırladığı sülh sazişinin məzmununa Qarabağ məsələsini də daxil etmək istəyir – Politoloq

17 fevral / 14:42 2 dəq
Sulh
17 fevral / 14:42
Burada sizin reklamınız ola bilər

Ermənistan Azərbaycanla sülh sazişi layihəsi üzərində işi başa çatdıraraq Bakıya göndərib.

Bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib. O həmçinin qeyd edib ki, sənəd ABŞ, Fransa və Rusiyaya da göndərilib.

Məsələni “Qərb Xəbər“ə şərh edən politoloq Qabil Hüseynli bildirib ki, bundan əvvəl Azərbaycan sülh müqaviləsinin necə imzalanacağını və həllin 5 prinsipini Ermənistana göndərmişdi. İndi də ermənilər sülh müqaviləsini öz tərəflərindən necə gördüklərini işləyib, hazırlayıb Türkiyə vasitəsilə Azərbaycana göndəriblər.

1651745416_qabil-huseynov

“Mətbuata sızan bəzi məlumatlara görə Ermənistanın hazırladığı sülh sazişi layihəsinin məzmununa Qarabağ məsələsini də daxil etmək istəyir. Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin hüquqlarının müdafiəsi üçün beynəlxalq bir mexanizm yaradılması kimi bir müddəanı oraya əlavə ediblər. Bu da faktiki olaraq Azərbaycana torpaq iddiası kimi də qiymətləndirilə bilər. Yaxud da Azərbaycanın suveren daxili işlərinə beynəlxalq mexanizm adı altında müəyyən dövlətlərin bu prosesə müdaxiləsini nəzərdə tutur. Ona görə də Azərbaycan bunları qəbul etməyəcək”.

“Hal-hazırda göndərilən sülh sazişi layihəsində hansı məqamlara toxunulub, nələri ifadə etdikləri haqqında mətbuata heç bir sızma yoxdur. Qarabağ məsələsi də sadəcə bir ehtimaldır. Sülh müqaviləsinin imzalanması ilə polemikalar Azərbaycan tərəfinin layihəni nəzərdən keçirdikdən və fikirlərini bildirdikdən sonra başlayacaq. Ermənistanın göndərdiyi sülh müqaviləsi layihəsi mətnində Azərbaycanın təklifləri də öz yerini tutacaqsa, bu sonrakı işləri davam etdirmək üçün əsas ola bilər. Məsələnin həlli istiqamətində addımlar atıla bilər” – deyə politoloq qeyd edib.

Rahib İsgəndərli

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı