Bölgə xəbərləri

Əliyevlə Paşinyanın növbəti Münhen dueli – Asif Nərimanlı

17 fevral / 13:55 2 dəq
Ilham eliyev 160220 7 munhen
17 fevral / 13:55
Burada sizin reklamınız ola bilər
“17-19 fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Əliyevlə Paşinyanın da iştirakı gözlənilir. Bu, ikitərəfli görüşün və növbəti debatın keçirilə biləcəyi məsələsini də gündəmə gətirir”.
“Qərb Xəbər” məlumat verir ki, bu sözləri siyasi analitik Asif Nərimanlı öz Facebook səhifəsində bildirib.
asif
“44 günlük müharibədən öncə – 2020-ci ilin fevralında Münhendə tərəflərin debatı təşkil olunmuşdu. Əliyevin açıq üstünlüyü və Paşinyanın məşhur “kokeyşn büro” söhbəti ilə yadda qalan debat həm də Azərbaycan və Ermənistan liderlərinin beynəlxalq ictimaiyyət önündə ilk açıq müzakirəsi idi. Həmin vaxt Bakı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından debatda maraqlı tərəf idi. İndi isə “Qarabağdakı ermənilər “humanitar fəlakət”lə üzləşib” iddialarını yaymaq baxımından Ermənistan debatın təşkilini istəyə bilər. Hərçənd, Əliyevlə üz-üzə gələrsə, Paşinyanın yenidən çətin vəziyyətə düşməsi qaçılmaz olacaq.
Münhendə Əliyevlə Paşinyanın ikitərəfli görüşünün keçirilməsində maraqlı tərəf isə Fransadır. Mümkündür ki, Makron belə bir görüşün baş tutması ilə “vasitəçiliyi”ni bərpa etməyə və Fransanın Cənubi Qafqazda aktiv rol oynadığını nümayiş etdirməyə çalışacaq. Türkiyə (zəlzələyə görə) və Rusiyanın liderlər səviyyəsində iştirak etməyəcəyi Münhen özünü göstərmək baxımından da Makron üçün fürsətdir. Lakin belə bir görüşün baş tutub-tutmayacağında həlledici sözü yenə Əliyev deyəcək”.

Asif Nərimanlı

Paylaş
Burada sizin reklamınız ola bilər