Bölgə xəbərləri

Molla rejimi türk adı qoyulan uşaqlara sənəd vermir

17 fevral / 13:47 1 dəq
63ef2fdb0f24063ef2fdb0f241167661973963ef2fdb0f23d63ef2fdb0f23e
17 fevral / 13:47
Burada sizin reklamınız ola bilər

İran hökumətinin soydaşlarımıza qarşı qərəzli siyasəti davam edir.

“Qərb Xəbər” “Mouze“ teleqram kanalına istinadən xəbər verir ki, Güney Azərbaycanın Təbriz şəhərində yeni doğulmuş körpəyə türk adı qoyulduğu üçün doğum haqqında sənəd verilmir.

Molla rejimi azərbaycanlı körpəyə qoyulan “Vulkan” adının əcnəbi (türk) olduğunu deyərək ona doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

İranda artıq yüzlərlə uşaq türk adı qoyulduğu üçün milli ayrı-seçkiliyə məruz qalır.

Qeyd edək ki, İran hakimiyyəti doğum haqqında şəhadətnaməsi olmayan körpələri bütün sosial, təhsil və tibbi xidmətlərdən məhrum edib.

Lent.az

Paylaş
Burada sizin reklamınız ola bilər