Bölgə xəbərləri

“Laçın-Xankəndi yolundakı aksiyanın nəticəsi Rusiya və Azərbaycan arasındakı razılaşmalara bağlı olacaq” – Oktay Qasımov

15 fevral / 16:48 4 dəq
1673004945 lacinyolu aksiya mansetjpg
15 fevral / 16:48
Burada sizin reklamınız ola bilər

Laçın-Xankəndi yolundakı aksiyanın başlama səbəbi ekoloji terror və faydalı qazıntıların talan olunması, qanunsuz daşınmasıdır. Bu səbəblərə görə irəli sürülən tələblər nəticəsində dinc aksiyanın keçirilməsi ilə ortaya bir çox məqamlar çıxdı. Bu məqamlar bir çox mənada siyasətə təsir etdi”.

Bu sözləri “Qərb Xəbər“ə açıqlamasında politoloq Oktay Qasımov bildirib.

oqtay-qasimov-5_e30e6431c9c9fbafc107

Politoloqun sözlərinə görə bu aksiya Ermənistanla Qarabağdakı seperatçı rejim arasındakı ziddiyətləri ortaya çıxartdı. Həmçinin, Qarabağdakı seperatçılar arasındakı ziddiyətləri ortaya çıxartdı. Həmin qurumun rəhbərlərindən biri olan Vitali Balasanyan həm tutduğu vəzifədən azad olundu, həm də haqqında cinayət işi açıldı:

“Ən önəmlisi isə odur ki, Azərbaycan tərəfi Laçın yoluna nəzarəti həyata keçirdi. Bunun nəticəsində rus sülhməramlılarının nəzarəti altında olan ərazilərə silah-sursat, hərbi texnika və minaların gətirilməsinin qarşısı alındı. Bundan başqa Azərbaycana düşmən mövqedə olan siyasətçilərin gəlişi ciddi şəkildə məhdudlaşdırıldı. Eyni zamanda Ermənistan ərazisindən keçərək müxtəlif ölkələrdən (Yaxın Orta Şərqdən, o cümlədən İrandan) gələn terrorçuların keçirilməsinin qarşısı alındı. Bu onu deməyə əsas verir ki, aksiya müəyyən nəticələrə gətirib çıxarıb”.

Oktay Qasımovun fikirinə görə aksiyanın yekun mərhələsində Laçın rayonu ərazisində Ermənistanla sərhəddə Sərhəd və Gömrük keçid məntəqəsi yaradılmalıdır.

“Bundan sonra məsələlər daha sürətli şəkildə öz həllini tapa bilər. Belə ki, Qarabağdakı erməni hərbi birləşmələrinin təminat məsələsi məhdudlaşdırıla bilər. Bu da onların qısa müddətdə ərazini tərk etmələrinə gətirib çıxaracaq. Bu aksiya bir müddət davam etməlidir. Düşünürəm ki, əsas nəticələr Rusiya və Azərbaycan arasındakı razılaşmalara bağlı olacaq”.

“Qarabağda yaşayan sadə insanların əksəriyyəti və qondarma qurumdakı bəzi şəxslər Azərbaycanla münasibətlərin normallaşmasına razı idilər. Bununla bağlı müəyyən proseslər gedirdi. Daha sonra Moskvadan Qarabağa ezam olunan Vardanyanın gəlişi ilə burada vəziyyət gərginləşdi. Bunun nəticəsi olaraq dinc aksiya başladı. Vardanyanın özünün hazırda Qarabağda olması, Azərbaycan sərhədlərini qeyri-qanuni keçməsi və Azərbaycana savaş təhditləri yağdırması bir neçə maddə ilə cinayət işini hazır edə bilər. Düşünürəm ki, ona cinayət işi açılmalıdır. Digər tərəftən isə Qarabağda yaşayan, öndə olan şəxslər hesab edirlər ki, Vardanyan kənardan gəlmiş şəxsdir və o onların taleyini həll edə bilməz. Məhz ermənilərin təmsilçisi qismində orada yaşayan biri olmalıdır. Azərbaycan tərəfi də Vardanyanla heç bir zaman təmas qurulmayacağını bayan edib” – deyə siyasi şərhçi vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər