Siyasət

Laçın-Xankəndi yolundakı aksiya 66 gündür davam edir

15 fevral / 09:09 1 dəq
63ec605007edc63ec605007edd167643553563ec605007eda63ec605007edb
15 fevral / 09:09
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər” APA-nın Şuşaya ezam olunmuş müxbirinə istinadən xəbər verir ki, aksiya gecəboyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 66-cı günündə havanın şaxtalı olmasına baxmayaraq, müxtəlif şüarlar səsləndirirlər.

Hazırda havanın tempraturu -9 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər