Siyasət

Bu gündən hərbi xidmətə növbəti çağırış başlayıb

1 iyul / 18:43 2 dəq
Ecc89e86 d425 4ce1 b162 38decf4fc152
1 iyul / 18:43
Burada sizin reklamınız ola bilər

“Azərbaycan vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq iyulun 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” devizi altında Nəsimi rayonundan olan çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nəsimi rayon idarəsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranları və çağırışçıların valideynlərinin iştirakı ilə Nizami Kino Mərkəzində keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri dərin ehtiramla anılıb, Dövlət Himni ifa olunub.

Tədbirdə əvvəlcə vətənpərvərlik ruhunda hazırlanmış, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini əks etdirən xüsusi video-çarx təqdim olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər