Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Zəlzələ yaradan silah varmı?

9 fevral / 11:34 4 dəq
4138071934764824
9 fevral / 11:34
Burada sizin reklamınız ola bilər

Bir neçə gündür ki, qardaş Türkiyədə, Suriyada, İranda baş verən dəhşətli zəlzələlər minlərlə insanın həlak olması ilə nəticələnib. Dağılan binalar altından çıxarılan vətənaşların, xəsarət alanların, dünyasını dəyişənlərin sayı hər gün dəyişir. Sözügedən ölkələrdə güclü zəlzələlərin ard-arda başlanması isə tektonik silahlar vasitəsi ilə süni zəlzələ yaratmaq fərziyyələrini gündəmə gətirdi. Bəs baş verən bu təbii fəlakətlərin tektonik silahlarla bağlılığı varmı? Elektromaqnit dalğaları vasitəsilə iqlimi dəyişmək, zəlzələ yaratmaq mümkündürmü?

 

 

“Belə bir silah yoxdur. Bu ,bəzi adamların uydurmasıdır. Süni zəlzələləri atom bombasını sınaqdan keçirdəndə bu boyda zəlzələ olmur. Bu zaman ən yüksək halda maqnitudası 4,5 olan zəlzələlər yarada bilər. Seysmoloqlar süni zəlzələni seçə bilirlər. Bu tektonika sözünün mənasını bilməyən adamların yaratdığı fikirlərdir. Tam əmin ola bilərsiniz ki, belə bir silah yoxdur. “

 

Məlumata görə, bu silahı yaratmaq haqqında ideyanı ilk dəfə 1992-ci ildə rus alim Aleksey Nikolayev səsləndirilib. O, belə ideya irəli sürüb ki, dünyanın dərin qatlarında yığılmış enerjini seysmik dalğalarla yönləndirərək, güclü zəlzələlər yaratmaq mümkün ola bilər. Bəzi mənbələrdə isə tektonik silahın dünyada ilk ixtiraçısı kimi azərbaycanlı alim İkram Kərimovun adı çəkilir.

 

“Son əlli ildə dünyada baş verən istənilən dağıdıcı zəlzələlərdən sonra tektonik silahlar mövzusu gündəmə gəlir. Tektonik silah sahəsində ilk dəfə azərbaycanlı alim İkram Kərimovun seymik proseslərə kənardan müdaxilə mövzusunda fəaliyyətləri olub. Bizim azərbaycanlı alim merkuri proqramlarına da rəhbərlik edib. Lakin bu məsələlər məntiqi sonluğa çatmayıb. Yəni tektonik silahın nə özünü görən nə onun istifadə edən ,nə də onun istifadəsinə aid ortada fakt var”

 

Maraqlıdır, yerin daxilində yığılmış enerjiləri hansı güc hərəkətə gətirə bilər ki, yeraltı təkan baş versin? Hazırda dünyada bu qədər enerji yaradacaq güc varmı? Elektrik mühəndisi və fizik Sadiq Şamilov deyir ki, hazırda zəlzələ dalğasının tezlik gücünü əvəz edəcək nəsə yoxdur.

 

“ Müəyyən sənədli filmlər var həmin silahlarla bağlı. Həmin filmlərdən müəyyən bir hissəni götürüb paylaşırlar, bu zəlzələləri onunla bağlayırlar. Düşünürəm ki, həmin o yüksək tezlikli dalğalar ,iqlim dəyişdirən silahlar vasitəsilə yerin daxilinə müdaxilə olunmasının elmi əsası yoxdur. Bu tətqiqat proqramları ilə belə bir zəlzələ yaratmaq mümkün deyil. Həmin dalğalar zəlzələ dalğasına çata bilməz. Türkiyədə olan zəlzələ isə heç də zəif tezlikli zəlzələnin yaradacağı bir şey deyil. “

 

Məsələ ilə bağlı ilk tektonik silahın yaradıcısı olduğu deyilən, zəlzələşünas alim İkram Kərimovla da əlaqə saxlamağa çalışdıq. Ancaq təəssüf ki, bütün cəhdlərimiz uğursuz alındı. Uzun müddətli axtarışlardan sonra tək bunu öyrənə bildik ki, görkəmli alimimiz uzun illərdir ölkə xaricində yaşayır.

APA.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı