Bölgə xəbərləri

Türkiyənin hakim partiyası: “Hər zaman Can Azərbaycanın yanındayıq”

27 yanvar / 12:04 1 dəq
91d5d6a1 5acc 3829 a5a6 eabb73c53a7e
27 yanvar / 12:04
Burada sizin reklamınız ola bilər

“Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayırıq”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş tviterdə yazıb.

O, silahlı hücumda səfirliyin mühafizə xidmətinin rəisinin şəhid olmasına görə Azərbaycan xalqına başsağlığı verib: “Tək millət, iki dövlət prinsipi ilə hər zaman Can Azərbaycanın yanındayıq”.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik də Azərbaycan xalqına başsağlığı verib: “Qardaş Azərbaycanın Tehrandakı səfirliyinə təşkil olunan hücumu lənətləyirik. Allah şəhid olan qardaşlarımıza rəhmət eləsin. Yaralılara şəfa arzulayıram”.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər