Xəbər

Laçın-Xankəndi yolundakı aksiya 47 gündür davam edir – FOTO

27 yanvar / 09:31 1 dəq
63d350b5d7e4163d350b5d7e42167479314163d350b5d7e3f63d350b5d7e40
27 yanvar / 09:31
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA- nın Şuşa şəhəri.ezam olunan müxbiri xəbər verir ki, aksiyanı gecə boyu səhərə qədər davam etdirib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 47-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Şuşada havanın tempraturu hazırda -5 dərəcədir

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər