Ağstafa

Ağstafada qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

25 yanvar / 13:18 1 dəq
2023 01 25
25 yanvar / 13:18
Burada sizin reklamınız ola bilər

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon qeyri-qanuni balıq ovu ilə məşğul olan rayonun Poylu qəsəbə sakinləri Rəşad Qurbanov və Katib Hüseynov saxlanılıb. Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladıqları
balıq və digər əşyalar götürülərək polis əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

2023-01-25_103805 2023-01-25_103848 2023-01-25_103902

Paylaş
Burada sizin reklamınız ola bilər