Tovuzda 59 yaşlı kişini avtomobil vuraraq öldürdü
Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər”in məlumatına görə,Bakı -Qazax magistiral yolunun Qovlar şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən, 1964-cü il təvəllüdlü Məmmədov Zülfüqarı “VAZ” markalı minik avtomobili vurub.
Piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı