Sosial

Samir Şərifov maaş artımlarından danışıb

20 yanvar / 14:06 1 dəq
Indir 2023 01 20T140640.981
20 yanvar / 14:06
Burada sizin reklamınız ola bilər

“Hazırda maaş artımları ilə bağlı müvafiq vəsaitlər dövlət büdcəsində ayrılır”.

Bunu”Qərb Xəbər”ə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir Prezidentin sərəncamlarında nəzərdə tutulan bütün sosial proqramlar üzrə maliyyə məsələlərinin öz həllini tapacağını qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. 700 min vətəndaşı əhatə edəcək minimum əməkhaqqıdakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq.

Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.

Minimum pensiyadakı artımı da nəzərə alaraq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaş birbaşa faydalana biləcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər