Kateqoriyasız

Futbol hakimləri üçün seminar keçirilib

25 iyun / 12:21 1 dəq
1a4e21b6 84a8 4645 bb99 ec2755fdc5cd
25 iyun / 12:21
Burada sizin reklamınız ola bilər

AFFA-nın Hakimlər Komitəsinin təlimçiləri və İnkişaf qrupunda yer alan hakim və hakim köməkçiləri üçün seminar keçirilib.

AFFA-nın rəsmi saytı yazır ki, 3 gün davam edən seminara UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik rəhbərlik edib.

Nəzəri və təcrübi biliklərin çatdırılması üçün müxtəlif üslublardan yararlanan seminar iştirakçılarına “Oyun Qaydaları”ndakı son dəyişikliklərlə bağlı məlumat verilib, onlar müxtəlif ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, müzakirələr aparıblar.

Seminarın sonunda fərqlənən Hakimlər Komitəsinin təlimçilərinə sertifikat verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər