Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Ukraynadakı helikopter qəzası rusların sui-qəsdi ola bilərmi? – Asif Nərimanlı

19 yanvar / 10:41 2 dəq
63c7a71847d1f63c7a71847d20167402882463c7a71847d1d63c7a71847d1e
19 yanvar / 10:41
Burada sizin reklamınız ola bilər
Ukraynanın daxili işlər naziri Denis Monastırskinin və müavininin də həlak olduğu helikopter qəzasının səbəbləri araşdırılır, lakin təxribat olması versiyası da istisna edilmir. Bu hadisənin Qərb mediası tərəfindən Rusiyada “hibrid müharibəsinin banisi” adlandırılan Gerasimovun Ukraynadakı hərbi qüvvələrə baş komandan təyin olunmasından sonra baş verməsi diqqət çəkir.
Gerasimovun əməliyyatlara paralel olaraq, təxribat ssenarilərindən istifadə edəcəyi gözləniləndir. Bu kontekstdə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərliyinin olduğu helikopterin qəzaya uğraması suallar yaradır.
asif
Eyni zamanda, bir neçə gün öncə Aleksey Arestoviçin Dneprdəki hücumda Ukrayna hava hücumundan müdafiə qüvvələrini günahlandırması, ardınca “səhv etdiyini” deyərək, istefa verməsini yada salır. Bəllidir ki, Arestoviçin ittihamı “texniki səhv” deyildi. Onun istefadan sonra dediyi iki ifadəsi diqqət çəkdi:
– “Ötən dəfə gedəndən ay yarım sonra müharibə başladı. Bu dəfə görək nə olacaq”;
– “Nə qədər ki, müharibə gedir, tam dəstək verəcəm. Müharibədən sonra baxacağıq”;
Bu sözlərdən Ukrayna daxilində döyüş əməliyyatları ilə bağlı müəyyən fikir ayrılığının olduğu nəticəsi çıxır, hərçənd, müharibənin getdiyi vaxt bu o qədər də anormal hal deyil. Hərçənd,
– “Hibrid müharibəsinin banisi” Gerasimov komandan təyin olunur,
– Arestoviç Ukraynanı ittiham etdikdən sonra istefa verir və “bu dəfə gedəndən sonra nə olacaq” kimi müəmmalı fikirlər səsləndirir,
– Nazirin də olduğu helikopter qəzaya uğrayır.
Və bu məqamlar fonunda suallar yaranır: qəza rusların sui-qəsdi ola bilərmi və belədirsə, Ukrayna ordusunda Rusiyaya bağlı şəbəkənin ola bilməsi ehtimalı nə qədər mümkündür?!
Asif Nərimanlı
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı