Hadisə

Sakini olduğu evdə qalmayan bu şəxslər cərimələnəcək (RƏSMİ)

17 yanvar / 09:22 2 dəq
Indir 2023 01 17T092211.346
17 yanvar / 09:22
Burada sizin reklamınız ola bilər

Daxili İşlər Nazirliyi (DİN) ölkə ərazisində 60 gündən artıq olduğu yer üzrə yaşayan vətəndaşların qeydiyyata alınması ilə bağlı prosedulara izah verib.

Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev məlumat yayıb. O bildirilib ki, şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası özünün, qohumunun, tanışının və başqaları başa düşülür.

“Yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla, internet üzərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır”, – DİN rəsmisi qeyd edib.

Nurlan Əliyev onu da vurğulayıb ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır:

“Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya barəsində 30 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur”

Paylaş
Burada sizin reklamınız ola bilər