Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Nikol meydan oxudu: Kreml İrəvana ağır zərbə vuracaq

11 yanvar / 11:57 3 dəq
Putin pashinyan
11 yanvar / 11:57
Burada sizin reklamınız ola bilər

Rəsmi İrəvan əslində bütün istiqamətlərdə Rusiyaya bildirir ki, KTMT formatı onun üçün qanedici deyil və təhlükəsizliyinə zəmanət vermir. Paşinyanın mətbuat konfransında verdiyi açıqlamalar da buna dəlalət edir.

Bu sözləri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər haqqında danışan Hüquq və İnsan Haqları İnstitunun işçisi, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi Ermənistanın Rusiyanı başqa himayədarlarının maraqları üçün satdığını bildirib:

“Ümumi siyasi mənzərəyə nəzər yetirdiyimiz zaman həqiqətən KTMT-nin Ermənistanın təhlükəsizliyinə zəmanət vermədiyi görünür. Hətta ölkə ərazisində yerləşən rus hərbi bazası da İrəvana güvən vermir. Ona görə, Paşinyan hökuməti Avropa İttifaqının aparıcı üzvlərindən olan Fransa ilə əməkdaşlığa, onunla yaxınlaşmağa daha meyillidir. Dünən Paşinyanın mətbuat konfransı keçirdiyi zaman müdafiə naziri Suren Papikyanın qəbul etdiyi AB texniki qiymətləndirmə missiyası və əvvəl göndərilən heyətlərin təşkili də Fransanın təşkilat daxilində apardığı lobbiçilik fəaliyyətinin nəticəsidir. Rəsmi Paris AB-dəki mövqeyindən istifadə edərək belə missiyalar vasitəsilə İrəvan üzərində təsirini daha da artırmaq və genişləndirmək istəyir. Hazırda Paşinyan Moskvaya oradan ölkəsi üçün xeyirli nəsə gözləmədiyi mesajını verir. Vaxtilə Osmanlı dövlətində yüksək vəzifələr tutan ermənilər ən çətin dönəmdə onu xainlik edib Rusiyaya satdılar. İndi də tarix təkrarlanır – Ermənistan başqa himayədarların mənafeləri, maraqları üçün Rusiyanı satır. Bu, erməni xalqının faciəsidir. Öz himayədarlarını çətin məqamda başqa bir himayədarın boyunduruğuna girmək üçün satırlar”.

Rizvan Hüseynov Rusiyanın Ermənistanın atdığı addımları cavabsız qoymayacağını vurğulayıb:

“Nəticə olaraq Rusiyanın Ermənistana gec-tez cavab kimi böyük zərbələr vuracağını proqnozlaşdırmaq mümkündür. Yəqin ki, Paşinyan hakimiyyətinə hansısa mərkəzlər müəyyən vədlər verib və iqtidar bu itkiləri gözə almağa hazırdır. Formalaşan vəziyyət Azərbaycanın bölgədə mövqeyini daha da gücləndirəcək və fikrimcə, dövlətimiz yaranan fürsətdən müsbət mənada istifadə edib Qarabağla bağlı problemləri də tam aradan qaldıracaq. Yaxın gələcəkdə isə Ermənistanın Türkiyə və Azərbaycanın birliyinin ortaya çıxardığı yeni geosiyasi reallığı qəbul etməkdən başqa çıxış yolu qalmayacaq”.

Axar.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı