Bölgə xəbərləri

Paşinyan Bakıya xoş münasibət bəsləyən naziri istefaya göndərir

6 yanvar / 15:18 1 dəq
Pashinyan paşinyan
6 yanvar / 15:18
Burada sizin reklamınız ola bilər

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan tezliklə istefaya göndərilə bilər.

Qərb Xəbər” məlumat verir ki, bunu “Joxovurd” qəzeti yayıb.

Məlumata görə, buna səbəb Kerobyanın fəaliyyətindən Ermənistan Baş naziri Nikol Paşinyanın narazı qalması olub. Paşinyan həmçinin nazirin bir sıra situasiyalarda verdiyi açıqlamalardan narazı qalıb.

Bununla belə, Kerobyanın yerinə hələlik namizəd tapılmayıb.

Qeyd edək ki, Kerobyan Ermənistan hakimiyyətində Azərbaycanla əməkdaşlığa ən xoş münasibət bəsləyən şəxslərdəndir. O həmçinin İrəvanın qısa zamanda Zəngəzur dəhlizini açması ideyasını dəstəkləyir.

Paylaş
Burada sizin reklamınız ola bilər