Ağstafa

Ağstafada üç bacı dəm qazından zəhərlənib

5 yanvar / 09:41 1 dəq
63b1a2735a40c63b1a2735a40d167258584363b1a2735a40863b1a2735a40a
5 yanvar / 09:41
Burada sizin reklamınız ola bilər

Ağstafada üç bacı dəm qazından zəhərlənib.

Hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.

“Qərb Xəbər”in məlumatına görə həmin kənd sakinləri olan bacılar – Məmmədova Nərmin Rasim qızı, Məmmədova Zeynəb Rasim qızı və Məmmədli Fatimə Rasim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər