Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Putin Vardanyanın pasportunu niyə əlindən aldı? – Asif Nərimanlının yazısı

23 dekabr / 00:11 2 dəq
Rub
23 dekabr / 00:11
Burada sizin reklamınız ola bilər

Putin Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina ilə bağlı ərizəsini təsdiqləyib. Rusların layihəsi olan Rubenin Rusiya vətəndaşı olaraq qalması Moskvaya sərf etmirdi:

asif

Birincisi, Bakı buna görə Moskvadan cavab tələb edirdi və bu, Azərbaycanla münasibətlərin saxlanılması baxımından zərərli idi;

İkincisi, Qarabağda separatçı rejimin “başına” gətirilməsi planlaşdırılan Vardanyan Rusiya vətəndaşı olduğu müddətdə bunu edə bilməzdi:

Üçüncüsü, Bakının Qarabağdakı ermənilərlə təmaslarında “əsas nümayəndə” kimi sırımaq istədikləri Vardanyanın başqa ölkənin vətəndaşı olması bu imkanı zəiflədirdi;

İndi Rusiya “Vardanyan məsuliyyəti”ndən xilas olur və istisna deyil ki, yaxın dövrdə separatçı rejimə “rəsmi” olaraq “rəhbər” olacaq. Və onun Bakı ilə təmaslarda erməni əhalisinin “nümayəndəsi” kimi qəbul edilməsi cəhdləri də artacaq.

Bu plana qarşı ən effektiv addım Rubenin neytrallaşdırılmasıdır: həbs etmək, zərərsizləşdirmək, yaxud Qarabağdan çıxışı zamanı geri qayıtmasına imkan verməmək və s;

Mövcud situasiyada belə bir addım mümkünsüz görünür, hərçənd, Laçın yoluna nəzarət məsələsi də ağlasığmaz gəlirdi, müəyyən mənada çıxış yolu tapıldı. Vardanyan məsələsində də çıxış yolları var, onun artıq Rusiya vətəndaşı olmamasına mümkün addımlarda Moskva ilə rəsmi şəkildə üz-üzə gəlməyəcəyik kontekstində də baxa bilərik.

Asif Nərimanlı

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı