Bölgə xəbərləri

İranda 3 nəfər edam olunub

22 dekabr / 11:21 1 dəq
A02f2891 8e81 3145 9c52 b4ebdc3f3db5
22 dekabr / 11:21
Burada sizin reklamınız ola bilər

Bu gün İranda 3 nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub.

“Qərb Xəbər” “Tasnim”ə istinadən xəbər verir ki, bunu Fars əyaləti Məhkəməsinin baş hakimi höccətül-islam Seyid Kazım Musəvi bildirib.

Onun sözlərinə görə, edam olunan 3 şəxs bu il Şirazın park və küçələrində soyuq silahlarla qadınları qarşı soyğunçuluq, təcavüz əməlləri törədib.

Hakim bildirib ki, onların cinayət əməlləri ilə bağlı bir neçə ailə şikayət edib.

Qeyd edək ki, İranda məhkəmə sistemində şəffaflıq təmin olunmadığı üçün dar ağacından asılan 3 şəxs barəsində çıxarılan ölüm hökmü də şübhəlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər