İqtisadiyyat

DSK: Azərbaycan iqtisadiyyatı böyüyüb

19 iyun / 14:55 1 dəq
59b610f5 98c2 40da 991e 3291d0a321d8
19 iyun / 14:55
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-may aylarında ölkədə 30 608,7 mln manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM istehsalının 46%-i sənayenin, 9,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 3,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 14,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 099,0 manata bərabər olub.

Paylaş
Burada sizin reklamınız ola bilər