İlham Əliyev Türkmənistana səfər edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Respublikasına səfər edəcək.
“Qərb Xəbər” bildirir ki, ölkə başçısının səfəri 14 dekabr tarixində baş tutacaq.
Prezident burada ilk dəfə təşkil olunacaq Azərbaycan-Türkiyə-Türkmənistan Liderlər Zirvəsinə qatılacaq.




