Bölgə xəbərləri

DÇ-2022: Portuqaliya Mərakeşlə, Fransa İngiltərə ilə qarşılaşacaq

10 dekabr / 10:13 1 dəq
A1f82d76 28d6 3810 81be 272233a7ba85
10 dekabr / 10:13
Burada sizin reklamınız ola bilər

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

“Qərb Xəbər”in məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında Portuqaliya millisi turnirin sürpriz komandası Mərakeşi sınağa çəkəcək. “Əl Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.

Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. “Əl Bayt” stadionundakı görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.

DÇ-2022

1/4 final mərhələsi

10 dekabr

19:00. Mərakeş – Portuqaliya

Baş hakim: Fakundo Telyo (Argentina)

“Əl Tumama” stadionu

23:00. İngiltərə – Fransa

Baş hakim: Uilton Sampayo (Braziliya)

“Əl Bayt” stadionu

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.

Paylaş
Burada sizin reklamınız ola bilər