Armen Qriqoryan: “Ermənistan sülh müqaviləsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək”
“Ermənistan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün hər cür səy göstərəcək”.
“Qərb Xəbər” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, rəsmi İrəvan sülh müqaviləsinin Ermənistan tərəfinin əlavə və şərhləri ilə redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək.




