“Urmu gölünün harayı” adlı dəyirmi masa təşkil edilib
Topçubaşov Mərkəzinin təşkilatçılığı ilə noyabrın 30-da “Urmu gölünün harayı” adlı dəyirmi masa keçirilir.
“Qərb Xəbər” bildirir ki, tədbirdə Azərbaycanda səfərdə olan Cənubi azərbaycanlı fəallar, həmçinin Azərbaycanın tanınmış ekspert və akademik icmasının nümayəndələri iştirak edirlər.
Dəyirmi masada Güney Azərbaycanda baş verən ekoloji, etnik və mədəni diskriminasiya barəsində, həmçinin bu ayrı-seçkiliyə qarşı ölkəmizdə və kənarda fərdlərin, təşkilatların nə cür fəaliyyətlər göstərməsi müzakirə olunur.




