Bölgə xəbərləri

“Azərişıq” ASC-nin sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

24 noyabr / 11:37 1 dəq
16692214196444156281 1000x669
24 noyabr / 11:37
Burada sizin reklamınız ola bilər

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov noyabrın 23-də Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

“Qərb Xəbər”in məlumatına görə ASC-dən bildirilib ki, qurumun Şəmkir İdarəetmə və Nəzarət Mərkəzində keçirilən qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər