Bölgə xəbərləri

Tovuzda şadlıq sarayında nöqsanlar aşkarlanıb

22 noyabr / 18:02 1 dəq
Bf8edb6a 5de6 358e ad4f a627d1928008
22 noyabr / 18:02
Burada sizin reklamınız ola bilər

Tovuzda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Şükür Salman oğluna məxsus “Turan” şadlıq sarayında Agentlik əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinin pozulduğu və heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan istifadə edildiyi müəyyən olunub. Aşkar olunmuş qanun pozuntularına əsasən, sahibkar inzibati məsuliyyətə cəlb olunub, həmçinin müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların aradan qaldırılması barədə göstəriş verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər