Bölgə xəbərləri

Azərbaycan İsraildə səfirlik, Fələstində isə Təmsilçilik Ofisi açır

18 noyabr / 12:29 1 dəq
Azerbaycan bayraqi
18 noyabr / 12:29
Burada sizin reklamınız ola bilər

Azərbaycan İsraildə səfirlik açır.

“Qərb Xəbər” bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. Toplantıda “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.

Azərbaycan Fələstində isə diplomatik nümayəndəlik açır. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.

 

Paylaş
Burada sizin reklamınız ola bilər