Bölgə xəbərləri

Şəmkirdə qanunsuz tikililərlə bağlı ciddi xəbərdarlıq

15 noyabr / 20:29 1 dəq
F9f0f5532cf06a4d861422e751b285a1
15 noyabr / 20:29
Burada sizin reklamınız ola bilər
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev RİH əməkdaşları, Şəmkir Rayon Polis Şöbəsinin müvafiq ərazi üzrə sahə rəisləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirib.
“Qərb Xəbər” bildirir ki, iclasda 2022-ci ilədə qarşıya qoyulan məqsədlər – torpaq zəbtlərinin qarşısının alınması, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər müzakirə edilib.
“Qanunsuz tikililərə qarşı mübarizə tədbirləri daha da gücləndirilməlidir. Rayonun bütün ərazilərində aşkar ediləcək qanunsuz tikililərə görə hər biriniz şəxsi məsuliyyət daşıyırsınız. Unutmayın ki, kimliyindən aslı olmayaraq bu məsələdə qanunsuzluğa yol verənlər ciddi cəzalanacaq” – deyə icra başçısı vurğulayıb.
Paylaş
Burada sizin reklamınız ola bilər