Bölgə xəbərləri

Tatarıstan Prezidenti Azərbaycana səfər edəcək

15 noyabr / 13:34 1 dəq
Indir 2022 11 15T133428.617
15 noyabr / 13:34
Burada sizin reklamınız ola bilər

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun noyabrın sonunda Azərbaycana səfəri planlaşdırılır.

Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyindən “Qərb Xəbər”ə verilən məlumata görə, R.Minnixanovun başçılıq etdiyi işgüzar nümayəndə heyəti noyabrın 26-dan 30-dək Bakıda səfərdə olacaq.

Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

Bundan başqa, birgə biznes forumun keçirilməsi də nəzərdə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər