İqtisadiyyat

Muzdlu işçilərin aylıq əməkhaqqı artıb

15 mart / 12:19 2 dəq
5d827d8b 87d8 42a7 a3f3 d8aa42fc959f
15 mart / 12:19
Burada sizin reklamınız ola bilər

Bu il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 1 523,8 min nəfər olub.

Dövlət Statisika Komitəsi xəbər verir ki, onlardan 862,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 661 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,9%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,6%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2% artaraq 557,2 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Paylaş
Burada sizin reklamınız ola bilər