‘Xankəndində baş verən aksiya birbaşa Rusyanın iştirakı və göstərişi ilə təşkil olunan aksiyadır’.
Bu sözləri ‘Qərb Xəbər‘ə açıqlamasında politoloq Oktay Qasımov bildirib.
‘Erməni mənbələrində belə məlumat yayılıb ki, Xankəndindəki aksiya birbaşa Rusiya sülhməramlı qüvvələrinin Komandanı Volkov tərəfindən təşkil edilib. Onun icazəsi ilə həyata keçirilib. Həmin aksiyada Ermənistan ərazisindən çoxsaylı insanların gəlişinə heç bir əngəl törədilməyib. Ermənistandakı revanşist qüvvələrin və onları dəstəkləyən qüvvələrin Xankəndinə Qarabağ ərazisinə girişinə icazə verilib’.
Bunu etməkdə Rusiyanın planı nədir ?
‘Bunlar birbaşa Valday toplantısında Putin tərəfindən səsləndirilib. Rusiya Azərbaycan və Ermənistan arasındaki münasibətlərin tənzimlənməsində öz təsir imkanlarını saxlamaq istəyir. Ermənistan cəmiyyətinə və revanşist qüvvələrə belə bir mesaj verildi ki, Rusiyanın təklif etdiyi variantda Qarabağın statusu və digər məsələlər fərqli formada həll olunacaq. Təxminən Putin bu mesajı verirdi, Qarabağ ərazisi Azərbaycanın tərkib hissəsində görülmüyəcək. Bu mesajı verməklə Putin özünün həm 44 günlük savaş zamanı və ondan sonra 10 noyabr üçtərəfli bəyanat imzalanandan sonra söylədiyi və Rusiyanın rəsmi mövqeyinə zidd mövqe sərgiləyib”.
Politoloq əlavə edib ki, Putin birmənalı şəkildə Qarabağın Azərbaycanın suveren ərazilərində olduğu və benəlxalq hüquq baxımından Qarabağın Azərbaycan ərazisi olduğunu dəfərlə qeyd edib.
Rusiya nəyi planlaşdırır ?
“Putin özünün açıqlamalarının və Rusiyanın rəsmi mövqeyinə zidd olaraq Qarabağı Azərbaycan ərazisi və suverenliyi altında olmasını şübhə altına salır. Bu da Azərbaycan üçün qəbul edilməzdir. Nəzərə almaq lazımdır ki, Rusiya problemin tam həll olunmamasını ona görə istəyir ki, hər iki tərəfə təzyiq imkanları saxlasın. İki ölkə arasında mübasibətlər normallaşmasın və uzun müddət bu münaqişə və mübahisələr davam etsin. Rusiyanın burada iştirakına da ehtiyac yaransın.
Soçi görüşü ilə bunun bağlılığı nədir ?
“Ermənistan cəmiyyətində artıq Rusiyanın bu niyyətləri bilinir və bununla bağlı mövqeyləri səsləndirilir. Açıq şəkildə bir çox siyasətçilər və politoloqlar da bildirirlər ki, Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşandan və Türkiyə ilə sərhədlər açılandan sonra artıq Rusiya ordusunun nə Qarabağda, nə də Ermənistan ərazisində qalmasına lüzum olmayacaq. Bu da Rusiyanın bütövlüklə Cənubi Qafqazdan getməsinə səbəb olacaq. Rusiyanın hal-hazırda bütün siyasəti ona yönəlib ki, Güney Qafqazda zəifləyən təsir imkanlarını artırsın və maderatırlığı əlində saxlasın. Ona qarşı dayanan kollektivdə Amerika və Fransa birliyi Rusiyanı bölgədən çıxartmaq niyyətindədirlər. Bu istiqamətdə siyasət gedir, amma, məhz bu baxımından bölgədə kifayyət qədər mürəkkəb durum yaranmayıb”.
Azərbaycan bu məqamda hansı addımları atmalıdır ?
“Azərbaycanın birliyinə Azərbacanı bu məsələlərlə bağlı mövqeyi bir mənalıdır və ölkə başçısı dəfələrlə çıxışlarında Qarabağa hansısa bir statusun verilməyəcəyini bildirir. Üstəlik qeyd edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar da digər Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlardan istifadə edə biləcəklər. Onların təhlükəsizliyi və hüquqlarıda Azərbaycan tərəfindən təmin olunacaq.
Bu baxımdan mən hesab edirəm Azərbaycan indiyə qədər izlədiyi siyasəti davam etdirməlidir. Rusiya qarşısında məsələləri xüsusilə də erməni silahlı qüvvələri birləşmələri Qarabağ ərazisindən çıxarılması məsələsini qəti qoymalıdır. Rusiya bunu iki il yubatdığı kimi bundan sonrada yubatmaq davam edəcəksə, artıq Rusiya sülhməramlarını Qarabağda qalıb qalmaması məsələsi gündəmə gətirilməlidir. Biz 5 ilin tamamında bu misyanın müddətini uzadılmasına qarşı olmalıyıq’.
” Azərbaycan prinsipial mövqeyini davam etdirəcək. Bizim bundan başqa bizim variantımız yoxdur. Çünki, bir mənalı və qəti şəkildə birdəfəlik Qarabağ məsələsinin Ermənistanla münasibətlərinin normallaşmasını istəyirik və bu məsələnin qəti həllini istəyirik” – deyə Oktay Qasımov vurğulayıb.
Rahib İsgəndərli