Bölgə xəbərləri

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

27 oktyabr / 17:40 1 dəq
1251ba4f e7ae 34a8 8e48 e35039777bf1
27 oktyabr / 17:40
Burada sizin reklamınız ola bilər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

“Qərb Xəbər”in xəbərinə görə, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-dək uzadılmışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər