Bu gün İsrail Qolan Yüksəkliklərində F-35 qırıcılarından atılan 6 raketlə İran konsulluğunun binasını hədəfə alıb.
SEPAH-ın yüksək rütbəli generalları İsrailin Suriyaya hava hücumunda öldürülüb.
Qerbxeber.com xəbər verir ki, bu barədə APA Reuters təhlükəsizlik mənbəsinə istinadən məlumat verib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedi və onun müavini Hacı Rahimi İsrailin Dəməşqdə endirdiyi hava zərbə nəticəsində öldürülüb.
Həmçinin,SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah da İsrailin Dəməşqə endirdiyi hava hücumunda öldürülüb.
Bu barədə “Sabereen News” bildirib.
Suriya İnsan Haqları Müşahidə Qrupu İsrailin Dəməşqə hücumu nəticəsində SEPAH qüvvələrinin daha 6 üzvünün öldüyünü bildirib.
Qerbxeber.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Rəsmi Tehran hələlik məlumatı təsdiqləməyib.