Bölgə xəbərləri

Qazaxıstanda Türk Dünyası Mərkəzi tikiləcək

27 oktyabr / 08:52 1 dəq
4412f9a4 4981 388c af4d 808e73bbc5c0
27 oktyabr / 08:52
Burada sizin reklamınız ola bilər

Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Mərkəzi tikiləcək.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı Türküstan vilayətinin başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Türk Dünyası Mərkəzinin binasının memarlıq-bədii görkəminin hazırlanması üzrə açıq müsabiqə keçirilib, qazax memarlar müsabiqədə iştirak etmək üçün 17 layihə təqdim ediblər.

Region başçısı Darxan Satıbaldı memar və heykəltəraşların xüsusi sərgidə nümayiş etdirilən əsərləri ilə tanış olub.

“Türküstanın hər bir obyekti tələblərə cavab verməlidir. Türk Dünyası Mərkəzinin binası adına uyğun olmalıdır, tikintidə ən son texnologiyalardan istifadə edilməlidir”, – o deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər