Bölgə xəbərləri

Gürcüstan XİN rəhbəri: “Azərbaycanla mehriban qonşuluq əlaqələrimiz mövcuddur”

24 oktyabr / 12:04 2 dəq
D1d8f2847d7806b2ba4b19477760a678
24 oktyabr / 12:04
Burada sizin reklamınız ola bilər

“Gürcüstan və Azərbaycanın dərin strateji tərəfdaşlığı və mehriban qonşuluq əlaqələri mövcuddur”.

“Qərb Xəbər” “24News.ge”yə istinadən bildirir ki, bu sözləri Tbilisi Beynəlxalq Hava Limanında Azərbaycan prezidenti İlham Əliyevi qarşılayan Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili bildirib.

Onun sözlərinə görə, İlham Əliyevin səfəri zamanı iki dövlətin regionda sülh və sabitliyi necə təmin etmələri məsələsi də müzakirə olunacaq. “Məlum olduğu kimi, Gürcüstanla Azərbaycan arasında sıx strateji tərəfdaşlıq, mehriban qonşuluq münasibətləri mövcuddur. İşgüzar səfər çərçivəsində Gürcüstanın baş naziri və Azərbaycan prezidenti ikitərəfli münasibətlərimizdə mövcud olan bütün vacib məsələləri müzakirə etmək imkanı əldə edəcəklər.

Bizim ikitərəfli münasibətlərimiz çox geniş sahələri əhatə edir və bugünkü işgüzar səfər bu məsələlərin müzakirəsi üçün bir fürsət olacaq. Digər tərəfdən, regiondakı mövcud problemlər fonunda müzakirə olunacaq ikinci mühüm mövzu iki dövlətin regionumuzda sülh və sabitliyi necə təmin etməli olduğudur”,- deyə Darçiaşvili vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər