Bölgə xəbərləri

Şagirdlər üçün bəzi saçlar və geyimlər qadağan olunacaq

20 oktyabr / 16:14 2 dəq
63512ff2d66bf63512ff2d66c0166626507463512ff2d66bc63512ff2d66bd
20 oktyabr / 16:14
Burada sizin reklamınız ola bilər

Uzun saçları olan şagirdlərə saçı açıq şəkildə məktəbə gəlməyə icazə verilməyəcək.

“Qərb Xəbər” “APA”ya istinadən xəbər verir ki, bu barədə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nda qeyd olunub.

Bildirilib ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli; dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı;

 

ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.); geyim səliqəli və təmiz olmalı; uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı; fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.

Qaydalarda şagirdlərə qadağan olunan məsələlər də əksini tapıb. Qeyd edilib ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır.

Ümumi təhsil müəssisələrindən yuxarıda qeyd olunanlara bağlı daxili qaydalar tərtib etmələri tələb olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər