Aşağı Əskipara kəndində “İctimai vəkillik” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi çərçivəsində “İctimai vəkillik” mövzusunda təlimlər davam edir.
“Qərb Xəbər” məlumat verir ki, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlimlərin beşincisi 18.10.2022-ci il tarixində Qazax rayonu İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində baş tutub.
İnnovativ Vətəndaş Təşəbbüsləri ictimai birliyinin təşkil etdiyi təlim kursunda 15 kənd sakini iştirak edib.
Layihənin məqsədi ictimai iştirakçılığın artırılması ilə ölkənin siyasi, sosial-iqtisadi həyatının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət orqanlarının işinin effektiv həyata keçirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, Qazax rayonunun daha 1 kəndində “İctimai vəkillik” mövzusunda təlimlər təşkil ediləcək.



