Bölgə xəbərləri

“Məmur iqtisadiyyatı qiymətin qalxmasına və rəqabətin azalmasına səbəb olur” – Ekspert

17 oktyabr / 12:31 4 dəq
Big 203d564b bc68 465d b07c e79088da7eb4
17 oktyabr / 12:31
Burada sizin reklamınız ola bilər

“Məmur iqtisadiyyatı müxtəlif məqamlarda ümumi qiymətin qalxmasına, rəqabətin azalmasına, keyfiyyətin aşağı düşməsinə səbəb olur”.

Bu sözləri “Qərb Xəbər”ə açıqlamasında iqtisatçı Elçin Rəşidov bildirib.

“Bu il 100 min hektar bu taxıl sahəsinin yandığını elan etdilər. Kənt Təsərrüfatı Nazirliyi məhsul gətirmədiyini elan etdi . Hansı ki, hal-hazırda ölkənin çox böyük administrativ subsidiyaları və büdcə resursları pambığın əkilməsinə cəlb olunub. Bu ölkənin torpaq resurslarını və su resurslarını məhrum edir. Azərbaycanda ilbəil azalan su qıtlığının qarşısında pambığa həmişə su tapılır. Bağlardan da, başqa yerlərdən də azaldılıb pambığa yönəldilir. Hətta, ölkə özünün büdcəsindən pambıq üçün ən yaxşı kombaynlar alıb verə bilir. Dünyanın ən bahalı kombaynlarını alıb göndərə bilir.

Eyni zamanda pambıq alan müəssisələrdə kartel yaradıblar. Mətbuatda da öz kartel sövdələşmələri barədə məlumatları da yerləşdirirlər ki, bu il pambığın qiymətində 10 qəpik artıq edəcəkdir. Yəni bu sırf kartel sövdələşməsinin nümunəsidir ki, bunu hətda fəxr edərək mətbuata da çıxarırlar”.

Elçin Rəşidovun fikirinə görə hökümətin belə bir qiymət artımı ilə, xüsusilə də ərzaq qiymətlərinin artımı ilə mübarizəsi çox səmərəsizdir. Bu səmərəsizliyin arxasında bir tərəfdən bu məmurların düzgün olmayan, düzgün uzlaşmayan ölkənin gələcəyi ilə, siyasəti ilə niyyəti durursa, o biri tərəfində də səmərəli siyasətin formalaşa bilməməsi, bu siyasəti formalaşdıran iqtisadçıların özlərinin səriştəsizliyi dayanır.

İqtisatçı əlavə edib ki, ərzaq məhsulları üzərində idxal zamanı tətbiq olunan vergilər ölkə daxilində ümumi ərzağın qiymətinin qalxmasına səbəb olur.

“Eyni zamanda anti-infilyasiya tədbirləri yanlış olduğunu demişdim. Orada ölkə daxilində buğda istehsal edib buğdanın qiymətini aşağı salmaq kimi bir yanlış xülyaya düşüblər. Bu da mümkün deyil, bu belə olmur. Ölkə daxilində istehsal olunan buğda, buğdanın ölkədaxili  qiymətini aşağı salmır. Çünki, bu buğdanın bir hissəsi idxal olunur”.

“Bəzi ərzaqlarda, xüsusilə də yoxsulların istifadə etdiyi ərzaq növlərində gömrükdə tətbiq olunan vergilərin aşağı salınması qiyməti aşağı salır. Eyni zamanda bəzi ərzaq növləri ölkə daxili istehsal olunur və ölkə daxilində də istehlak olunur. Belə ərzaq növlərini də hər biri üzərinə xüsusi ilə ƏDV-ni götürmək lazımdır.

Avropada da, bizdə də ƏDV tətbiq olunur. Yəni bunlar ərzağın üzərindən götürülür. Bizdə meyvə və tərəvəzin üzərindən qismən götürülübdür. Belə ki, oradan super marketin özünün satış əlavəsinə, marjasına qoyduğu ƏDV-yə qoyulur. Amma, qalan qida məhsullarının hamısının üzərində ƏDV var. Yəni, bu ƏDV ödənərkən ən çox yoxsul təbəqə əziyyət çəkir. 18 % çox böyük çox ağır vergidir və bizim sosial proqramları alt üst edən vergidir” deyə Elçin Rəşidov vurğulayıb.

Rahib İsgəndərli

 

Paylaş
Burada sizin reklamınız ola bilər