Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Jurnalist vəsiqəsi media reyestrində qeydə alınmış jurnalistlərə veriləcək – AÇIQLAMA

11 oktyabr / 17:04 3 dəq
Indir (86)
11 oktyabr / 17:04
Burada sizin reklamınız ola bilər

“Media reyestrində qeydə alınmış KİV qurumlarına xüsusi şəhadətnamə, media reyestrində qeydə alınmış jurnalistlərə isə jurnalist vəsiqəsinin veriləcək və bu sənədlər onların reyestrə düşdüklərini göstərmiş olacaq”.

Bu sözləri “Qərb Xəbər””Reporta”istinadən açıqlamasında media eksperti, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşviq Ələsgərli deyib.

Onun sözlərinə görə, jurnalistlərə media vəsiqəsinin verilməsi ölkədə media reyestrinin yaradılması ilə bağlı prosesin davamıdır:

“Ölkədə reyestrin tətbiq olunması media ilə bağlı digər xüsusi proqramların hazırlanmasını və icra edilməsini də asanlaşdıracaq”.

M.Ələsgərli vurğulayıb ki, ölkədə reyestrdə qeydə alınan və reyestrdə qeydiyyatda olmayan jurnalistlər də fəaliyyət göstərə biləcək:

“Proses tamamilə könüllüdür və jurnalistlərin reyestrdən keçib-keçməməsi onların öz istəkləri ilə həyata keçiriləcək. Bir sözlə, jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər”.

Ekspert jurnalist vəsiqəsinin jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi məqsədi daşıdığını bildirib və həmçinin nəzərə çatdırıb ki, reyestrdə qeydiyyatdan keçmək jurnalistin fəaliyyəti üçün müəyyən asanlıqlar yaradacaq:

“Məsələn, media reyestrinə düşmüş jurnalistlərə verilən vəsiqələr beynəlxalq standartlara uyğun hazırlanıb, onun üzərində mobil cihazlarla oxuna bilən QR kodlar mövcuddur. Bununla jurnalist əlavə izahat vermədən QR kodu oxutmaqla özü haqqında məlumatları vermiş olacaq”.

M.Ələsgərli vurğulayıb ki, həmin vəsiqələr beynəlxalq standartlarla hazırlanması və reyestrə düşmüş şəxslərə verilməsi onların işlərini sürətləndirmək mahiyyəti daşıyır:

“Təbii ki, reyestrdə qeydiyyatdan keçməyin də özünün şərtləri var və bu, əslində peşəkar jurnailst üçün tərtib olunan şərtlər, yaxud peşəkarlıq meyarlarıdır. Peşəkar jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərin sözügedən vəsiqəni əldə etməsi son dərəcə asan olacaq. Ölkədə reyestrin tətbiq olunması media ilə bağlı digər xüsusi proqramların hazırlanmasını və icra edilməsini də asanlaşdıracaq”.

 

6bac8505-27ef-3a47-98aa-22360ebaf742_850

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı