Azərbaycanla İsrail arasında yeni saziş təsdiqlənib
Azərbaycanla İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş təsdiq edilib.
“Qərb Xəbər” “Trend”ə istinadən məlumat verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Deputatlar yeni sazişin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.




